
Zəfərin yolu
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.
Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Ağdam rayonunda vətəndaşa məxsus fərdi yaşayış evində yanğına səbəb olub. Yanğın söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Bundan başqa, Ağdam rayonuna atılmış mərmilər ayrı-ayrı...
Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 21-i saat 11:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edilib.
Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1981 ev, 90 çoxmənzilli yaşayış binası və 386 mülki obyekt yararsız vəziyyətə düşüb.