13
Oktyabr

13 Oktyabr

Əhaliyə dəyən ziyan

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 241, çoxmənzilli yaşayış binalarının sayı 66, yaşayış evlərinin sayı isə 1 479-a çatıb

Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən bu günədək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikası təqdim edilib.

Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 241, çoxmənzilli yaşayış binalarının sayı 66, yaşayış evlərinin sayı isə 1 479-a çatıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.