Zəfərin yolu
Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.
Rəşadətli ordumuzun bölmələri işğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağını qaldırıblar.
Dekabrın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Təni ilə telefon danışığı baş tutub.
Nazirlər bölgədə mövcud olan son vəziyyəti müzakirə ediblər. Qətər xarici işlər naziri 10 noyabr tarixli birgə bəyanatın imzalanmasını alqışlayıb və bu razılaşmanın icrasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini...
Prezident İlham Əliyev dekabrın 1-də bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən 2020-ci il dekabrın 2-dən tərxis edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamı ilə hərbi xidmətə çağırılmış
- üç və ya daha çox uşağı olan;
- himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;
- himayəsində yetkinlik yaşına...