
Zəfərin yolu
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə görüşü başa çatıb.
Görüşdə nazir Ceyhun Bayramov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq təşkilatların qərar və sənədləri əsasında həllinə dair Azərbaycanın mövqeyini təqdim edib.
Humanitar tədbirlərdən bəhs edən nazir Ceyhun...
Azərbaycan birtərəfli qaydada humanitar addımlar atır. Azərbaycan tərəfi hələ oktyabrın 18-də elan edilmiş humanitar atəşkəsə riayət olunmadığı halda, birtərəfli şəkildə erməni əsgərlərinin cəsədlərinin qaytarılması, ölkəmizdə olan yaşlı erməni şəxslərin qarşı tərəfə verilməsi təşəbbüsünü irəli sürmüşdü. Lakin bu təklif irəli sürüləndə Ermənistan tərəfindən razılıqla qarşılanmamışdı. Hətta Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı ermənini təhvil almaqdan son anda imtina edib. . Baxın,...
Sentyabrın 27-dən etibarən Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi təcavüzə cavab olaraq özünümüdafiə hüququ əsasında və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücum əməliyyatlarına başlayıb.
Azərbaycan tərəfi bu günlərdə dəfələrlə bütün beynəlxalq müstəvilərdə bəyan edib ki, məhz Ermənistanın 30 ilə yaxın davam edən təcavüzkar siyasəti, onun silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərində qeyri-qanuni mövcudluğu və Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan...