Zəfərin yolu
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, noyabrın 8-i axşam saatlarından 9-u gecə 00:50-dək Ermənistanın Berd və Çəmbərək rayonları istiqamətindən Azərbaycanın Tovuz və Gədəbəy rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.
Ötən sutka ərzində düşmən qüvvələri Ermənistanın Berd, Çəmbərək rayonları və müxtəlif istiqamətlərdən Tovuz, Gədəbəy və digər istiqamətlərdəki mövqelərimizi, o cümlədən Tərtər, Ağdam və Bərdə daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizi toplardan və minaatanlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov noyabrın 9-da Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə məlumat verib.
Anar...