17
Oktyabr

17 Oktyabr

Müdafiə Nazirliyi

Ermənistan növbəti dəfə dinc sakinləri raket atəşinə tutub

Ermənistan silahlı qüvvələri gecə saatlarında Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutmaqla dinc sakinləri və mülki infrastrukturu məqsədli şəkildə hədəfə aldığını növbəti dəfə nümayiş etdirdi.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

“Eyni zamanda, qarşı tərəf guya Ermənistan səmasında Azərbaycana məxsus 2 ədəd pilotsuz uçuş aparatının (PUA)nın vurulması barədə də yalan məlumat yayıb. Bu xəbərin də heç bir əsası yoxdur”,- deyə V.Dərgahlı əlavə edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.