Zəfərin yolu
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Keşdək kəndinin videogörüntülərini yayıb.
Tərtər çayının sahilində, dağətəyi ərazidə yerləşən Keşdək kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İkinci Qarabağ müharibəsi nəticəsində noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilib.
Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilərin müraciət və sənədlərinin qəbuluna bu gündən etibarən başlanılıb.
Müdafiə Nazirliyindən bildirib ki, sənədlərin qəbulu birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarında aparılır və bu proses yanvarın...