30
Sentyabr

30 Sentyabr

ANAMA

ANAMA cəbhəboyu yerləşən ərazilərdə yaşayan sakinləri naməlum əşyalara toxunmamağa çağırır

2020-ci il sentyabrın 27-dən etibarən agentlik tərəfindən cəbhəboyu ərazilərdə operativ və təxirəsalınmaz əməliyyat çıxışlarını həyata keçirmək məqsədilə çevik mobil əməliyyat qrupları yerləşdirilib.

Qeyd olunan qruplar sakinlərə yerlərdə təhlükəsiz hərəkət qaydaları barədə məlumat verir, mina təhlükəsinə dair maarifləndirmə və xəbərdarlıq istiqamətində fəaliyyət həyata keçirir.

Son günlərdə Ermənistan silahlı qüvvələri tərəfindən davamlı olaraq artilleriya atəşinə məruz qalan yaşayış məntəqələri və əkin sahələri sursatlarla çirklənmiş ərazilərdir və atəşə tutulan bu ərazilər təhlükəli ərazi hesab olunur. Bu səbəbdən Agentlik cəbhəboyu yerləşən ərazilərdə yaşayan sakinləri naməlum əşyalara toxunmamağı, xüsusilə də uşaqları tanımadıqları əşyalara əl vurmamağı və dərhal aidiyyəti üzrə müraciət etməyə çağırır.

Agentlik sakinlərə tövsiyə edir ki, təhlükəli və ya şübhəli əşyalar barədə dərhal Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətinə, Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə, rayon polis şöbələrinə, eləcə də rayon icra hakimiyyəti orqanlarına məlumat versinlər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.