25
Oktyabr

25 Oktyabr

ANAMA

Ermənistan ordusu Goranboyun Meşəli kəndinə qadağan olunmuş raket atıb

Ermənistan silahlı qüvvələri Goranboy rayonunun Meşəli kəndinə raket atıb.

Atılan raket qadağan edilmiş silahların siyahısında yer alan kaset başlıqlı sursatdır.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi çevik əməliyyat qrupu əraziyə baxış keçirib. Kəndə atılan 300 millimetrlik 9M525 tipli raketə yerləşdirilmiş 4 ədəd 9N235 bombacığı aşkar edilib.

Bu fakt bir daha sübut edir ki, Ermənistan silahlı qüvvələri mülki şəxslərə qarşı qadağan olunmuş kaset bombalarından istifadə edir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.