06
Oktyabr

6 Oktyabr

Media

İspaniyanın böyük oxucu kütləsinə malik “La Vanguardia” qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul etməsindən yazıb.

Məqalədə dövlətimizin başçısı İlham Əliyevdən sitat gətirilərək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli bəyanatlarının bir daha Türkiyənin Azərbaycanın yanında olduğunu göstərməsinin bariz təzahürü olduğu, Türkiyə-Azərbaycan qardaşlığının regionda sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynadığı diqqətə çatdırılıb.

Qeyd olunub ki, Mövlud Çavuşoğlu Azərbaycana səfərlərinin məqsədinin Türkiyənin qardaş Azərbaycana dəstəyini bir daha bütün dünyaya göstərmək olduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi ilə bu gün Azərbaycanın öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir. Türkiyə və türk xalqı bütün sahələrdə Azərbaycana hər cür dəstək verməyə hazırdır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.