06
Oktyabr

6 Oktyabr

Media

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Aljazeera”, “Əl-Ərəbiyə” televiziya kanallarına müsahibələri, həmçinin dövlətimizin başçısının xalqa müraciəti Misir KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

Misirin “Almasryalyoum”, “Akhbarelyom”, “Aldiplomasy”, “Alwasela”, “Egyptonline” və “Nile1” informasiya portalları “Prezident İlham Əliyev: Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik” və “Azərbaycan Prezidenti: Ərazi bütövlüyümüzü bərpa edəcəyik!” sərlövhəli xəbərlər yayıblar.

“Asiaelyoum” informasiya agentliyinin baş redaktoru Əbubəkr Əl- Məcd isə “Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və biz haqq yolundayıq” sərlövhəli məqalə yazıb.

Misirin “Rayetmısr” informasiya portalı da Azərbaycan Prezidentinin müsahibələri və xalqa müraciətindən sitatları yayıb.

Bundan başqa, “Almasryalyoum” portalı Misirdəki Azərbaycan diasporunun sədri Seymur Nəsirovun Ermənistanın hərbi təxribatları haqqında bəyanatını yerləşdirib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.