Media
Gürcüstanın report.ge və 24news.ge və aktual.ge portalları Azərbaycanın Cəbrayıl rayonunun erməni işğalından azad olunması barədə məlumatlar yayıblar.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə istinadən yayılan xəbərlərdə Cəbrayıl şəhərinin və rayonun daha bir neçə kəndinin işğaldan azad olunması barədə oxuculara sevincli məlumatlar çatdırılır.
Qeyd edək ki, bu xəbər Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən də yüksək sevgi və coşqu ilə qarşılanıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.