04
Oktyabr

4 Oktyabr

Media

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində səsləndirdiyi fikirlər Ukraynanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə yayılmaqdadır.

Ukraynanın nüfuzlu UNİAN, “RBK-Ukrayna”, “İnterfaks-Ukrayna”, “112.ua” və digər informasiya saytları Prezident İlham Əliyevin Ermənistanın işğalçılıq siyasəti və Azərbaycanın mövqeyi barədə fikirləri dərc edilib.

Məqalələrdə dövlətimizin başçısının sitatlarına istinadla qeyd edilir: “Biz “bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır”.

Bildirilir ki, Ermənistan münaqişəni regional müstəviyə çıxartmaq istəyir. Ermənistan guya Azərbaycana xarici ölkələrdən dəstək olduğu barədə feyk məlumatlar yayır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.