04
Oktyabr

4 Oktyabr

Media

Ukraynanın nüfuzlu informasiya agentlikləri, portalları Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları, işğaldan azad edilən ərazilərimizlə bağlı məqalələr dərc edib.

Ukraynanın dövlət Ukrinform, UNİAN, “İnterfaks-Ukrayna” informasiya agentlikləri, “RBK-Ukrayna” və digər informasiya saytları Azərbaycan Prezidenti İlham Əliyevin “Twitter”də Azərbaycan Ordusunun işğaldan azad etdiyi Suqovuşan, Tərtər rayonunun Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndləri ilə bağlı paylaşımına dair materiallar dərc ediblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.