31
Oktyabr

31 Oktyabr

Yerli media

Erməni aqressivliyi bütün Avropa qitəsi üçün təhlükə mənbəyidir - Piter Teys (Trend)

Ermənistanın günahsız Azərbaycan xalqına qarşı törətdiyi şovinist terror aktları, Ermənistan qoşunları tərəfindən beynəlxalq humanitar hüququn pozulması və azyaşlıların orduya cəlb olunması açıq şəkildə pislənməlidir.

Bunu amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, beynəlxalq təşkilatlar Yerevanın faşist rəhbərliyindən qaynaqlanan təhdidi dərhal mühakimə etməlidir:

"Erməni terroru dayanmalıdır. Nikol Paşinyanın zalımlığı o həddə çatıb ki, erməni əsgərlərin meyitlərinin təhvil verilməsi ilə bağlı üçüncü tərəflərin vasitəçiliyini qəbul etməyib".

Ekspert əlavə edib ki, Ermənistan rejimi Azərbaycanla ikitərəfli və ya çoxtərəfli formatda dialoqa hazır deyil:

"Azərbaycan hökuməti öz suveren ərazisini müdafiə etmək və regional təhlükəsizliyi təmin etmək hüququna malikdir. Ermənistanın faşist rəhbərliyinin məsuliyyətə cəlb edilməsi ilə ciddi addımların olmaması Avropa İttifaqı institutları üçün strateji səhvdir. Erməni aqressivliyi bütün Avropa qitəsi üçün təhlükə mənbəyidir".

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.