31
Oktyabr

31 Oktyabr

Yerli media

Ağcabədi rayonunun İmamqulubəyli kənd qəbiristanlığı Ermənistan ordusunun ağır artilleriya atəşinə məruz qalıb (Azərtac)

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir. Düşmənin atəşi nəticəsində yaşı yüz illərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız, qəbiristanlıqlarımız da zərər görür. İşğal altındakı ərazilərimizdəki tarixi-dini abidələri məhv edən erməni vandalları dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər.

Cəbhə xəttinə yaxın məsafədə yerləşən yaşayış məntəqələrində vətəndaşlara məxsus evlər, mülki infrastruktur obyektləri ilə yanaşı, qəbiristanlıqlar da ermənilərin artilleriya atəşinə məruz qalır. Oktyabrın 31-də Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun yaşayış məntəqələrini artilleriya atəşinə tutub. Rayonun İmamqulubəyli kənd qəbiristanlığına mərmi düşməsi nəticəsində ona yaxın qəbir daşına ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.