Yerli media
Atəşə məruz qalan Tərtər sakinləri öz yurdlarını bir an da tərk etmirlər (Report)
Ermənistən silahlı qüvvələrinin bölmələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq ötən gecə Tərtər rayonunu növbəti dəfə atəşə tutub.
Sentyabrın 27-dən oktyabrın 17-dək düşmən tərəfindən rayon ərazisinə ümumilkdə 13 mindən çox top mərmisi atıb. Nəticədə 14 nəfər ölüb, 50-dən çox insan xəsarət alıb. Bununla yanaşı, yüzlərlə evə ziyan dəyib, 120-yə yaxın ev və onlarla yardımçı tikili tamamilə dağıdılıb.
Rayon sakinləri bütün bunlara baxmayaraq öz evlərini bir an da tərk etmədən düşmənə meydan oxuyurlar. Onlar bildirirlər ki, doğma ata-baba yurdlarından heç yerə getməyəcəklər.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.