14
Oktyabr

14 Oktyabr

Yerli media

Ermənistanın müharibə cinayətləri: məktəblər və uşaq bağçaları hədəfə alınır – dünya hələ də susur (Azərtac)

Ermənistan silahlı bölmələri cəbhəyanı yaşayış məntəqələrində dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, sosial təyinatlı binaları hədəfə almaqda davam edir.

Erməni hərbçilərinin yaşayış məntəqələrini intensiv atəşə tutulması nəticəsində yaşayış evləri, inzibati binalar, elektrik və qaz təsərrüfatı ilə yanaşı sosial obyektlərə, o cümlədən məktəblərə və uşaq bağçalarına da ziyan dəyir. Ermənistan törətdiyi müharibə cinayətləri ilə mülki insanlara, o cümlədən uşaqlara qarşı terror vasitələrindən istifadə etdiyini və beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir. Düşmənin ağır artilleriyadan atəşi nəticəsində sentyabrın 27-dən indiyədək Tərtər şəhərində, rayonun qəsəbə və kəndlərində ümumilikdə 12 orta məktəb, 1 musiqi məktəb, 1 peşə ixtisas məktəbi, 3 uşaq bağçasına ziyan dəyib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.