03
Oktyabr

3 Oktyabr

Yerli media

Ermənilərin mərmi atdığı Zobucuq-2 qəsəbəsindən reportaj (Report)

Füzuli rayonunun Zobucuq qəsəbələrinə ermənilər tərəfindən atılan mərmilər fərdi evlərə ciddi ziyan vurub.

Zobucuq qəsəbələri Ermənistan silahlı qüvvələri tərəfindən daim atəşə tutulub.

Mərmilərdən biri kənd sakini Atif Vəliyevə məxsus fərdi yaşayış evinə düşüb. Nəticədə ev tamamilə dağılıb. Ev sahibi bildirib ki, mərminin düşdüyü an evdə ailə üzvləri də olub. Ancaq xoşbəxtlikdən heç kim xəsarət almayıb.

Zobucuq-2 qəsəbəsində yaşayan sakinlərin sözlərinə görə, erməni təxribatçılarının atdığı mərmilər onları qorxutmur. Şanlı Azərbaycan əsgəri daim erməni vandallarının cavabını layiqincə verir.

Qeyd edək ki, həmin ərazilərdə düşmən təxribatı davam edir və Azərbaycan Ordusu tərəfindən düşmənə layiqli cavab verilir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.