03
Oktyabr

3 Oktyabr

Yerli media

Avropa Parlamentinin deputatı cəbhə xəttində mülki Azərbaycan vətəndaşlarının həlak olmasından dərin narahatlığını ifadə edib (Trend)

Mən atəşkəsin pozulmasından və Azərbaycanın cəbhə xətti boyunca yaşayan mülki vətəndaşlarının həyatını itirməsindən dərin narahatlığımı ifadə edirəm.

Bunu Avropa Partlamentinin deputatı Kristian Busoi deyib.

K.Busoi bildirib ki, həm mülki vətəndaşlar, həm də hərbçilər arasında itkilər var:

“Mülki əhalinin yaşadığı əraziləri və mülki vətəndaşları hədəfə almaq beynəlxalq humanitar qanunun, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının pozulmasıdır.

Hesab edirəm ki, bizə vəziyyətə real və düzgün yanaşma, sülh və sabitlik istiqamətində dialoq lazımdır. Qlobal və regional sülhü, sabitliyi zərbə altında qoyan hər hansı bir fəaliyyət və təxribat pislənilməli, qarşısı alınmalıdır.

Mən sentyabrın 29-da BMT Təhlükəsizlik Şurasının atəşi dayandırmağa, gərginliyi aradan qaldırmağa və danışıqlar masasına qayıtmağa çağırış edən bəyanatını dəstəkləyirəm”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.