07
Noyabr

7 Noyabr

Cəbhə xəbərləri

Cəbhənin Ağdam istiqamətində düşmən itki verib

Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələrinə ciddi ziyan vurulub.

Bu istiqamətdəki 37-ci atıcı diviziyanın 4-cü motoatıcı alayının müdafiə sahəsindəki minaatan batareyasına endirilən artilleriya zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib.

Alayın gücləndirilməsi məqsədilə buraya gətirilən və içərisində könüllülər olan avtobus qəzaya uğrayıb. Nəticədə 30 nəfərədək ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin xəsarət aldığı məlum olub.

62-ci artilleriya briqadasının 4-cü reaktiv divizionunun atəşə tutulması nəticəsində bir BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb, şəxsi heyət arasında ölən və yaralanan var.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.