Müdafiə Nazirliyi
Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir
Azərbaycana məxsus iki ədəd pilotsuz uçuş aparatının (PUA) Ermənistan HHM bölmələri tərəfindən vurulması barədə düşmən tərəfinin yaydığı məlumat yalandır.
Müdafiə Nazirliyinin Mətbuat xidməti bildirib ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.