Cəbhə xəbərləri
Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib
Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı görülən tədbirlər davam etdirilir.
Oktyabrın 29-da gün ərzində cəbhənin bir neçə istiqamətində düşmənin hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib.
Görülən cavab tədbirləri nəticəsində hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan məhv edilib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.