03
Noyabr

3 Noyabr

Cəbhə xəbərləri

Xocavənd ətrafında gedən döyüşlərdə düşmən tankları məhv edilib

Noyabrın 3-də cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənin tank bölmələrini döyüş meydanından qaçmağa məcbur edib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, bölmələrimizin dəqiq atəş zərbələri ilə düşmənin bir neçə tankı döyüş heyəti ilə birlikdə məhv edilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.