28
Oktyabr

28 Oktyabr

Cəbhə xəbərləri

Bərdənin qisası alındı: Azərbaycan Ordusu düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edib

Rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun Qarayusifli kəndində törətdiyi qanlı terror cinayəti nəticəsində həlak olan şəhidlərimizin qisasını alıb.

Bərdə şəhidlərinin qisasını düşməndən layiqincə alan Ordumuz ötən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsini, eləcə də 1 ədəd “Osa” ZRK, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd 120 millimetrlik minaatan, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikasını məhv edərək sıradan çıxarıb.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 27-də saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndini müxtəlif istiqamətlərdən ağır artilleriya atəşinə tutması nəticəsində dörd mülki şəxs - İsmayılov Ehtiram Xəlil oğlu, Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olublar.

Şanlı Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyərək geri çəkilən Ermənistan ordusu işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə yaşayış məntəqələrimizi və dinc əhalini hədəfə alır.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.