Müdafiə Nazirliyi
Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndi
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndinin videogörüntülərini paylaşıb.
Xatırladaq ki, Padar kəndi oktyabrın 25-də ordumuzun bölmələri tərəfindən azad olunub.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.