Törədilən cinayətlər
Ağcabədi rayonunun ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb
Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir.
Oktyabrın 26-sı saat 11.20-də Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini artilleriya qurğularından atəşə tutub.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.