16
Oktyabr

16 Oktyabr

Törədilən cinayətlər

Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının ərazilərini atəşə tutmaqda davam edir.

Döyüş meydanında Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyən düşmən beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq yaşayış məntəqələrimizi, mülki şəxsləri hədəfə alır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.