14
Oktyabr

14 Oktyabr

İnformasiya müharibəsi

Su-25 təyyarəmiz vurulmayıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan ordusunun guya Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus döyüş təyyarəsinin vurulması ilə bağlı əsassız məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda qeyd olunub: “Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb.

Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.