İnformasiya müharibəsi
Ermənistan Müdafiə Nazirliyinin yaydığı yalan məlumatların məqsədi öz xalqını sakitləşdirmək və dünya ictimaiyyətinin diqqətini yayındırmaqdır
Ermənistanda hərbi qurumun nümayəndəsi hər gün həqiqəti əks etdirməyən məlumatlar və itkilər haqqında yalan statistikalarla mətbuat qarşısına çıxmağa məcburdur.
Müdafiə Nazirliyindən bildirilib ki, onun məqsədi cəbhədə böyük itkilərə məruz qalaraq bir-birinin ardından yaşayış məntəqələrimizi qoyub qaçan Ermənistan silahlı qüvvələrinin uğursuzluqlarını ört-basdır etmək, öz xalqını sakitləşdirmək və eyni zamanda, təxribat xarakterli belə məlumatlarla dünya ictimaiyyətinin diqqətini yayındırmaqdır.
Bir daha rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi əməl edir.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.