Xarici ölkələr
Pakistan Azərbaycanın Gəncə şəhərinin və digər mülki yaşayış məntəqələrinin atəşə tutulmasından narahatdır
Pakistan Azərbaycanın Gəncə şəhərinin və digər mülki yaşayış məntəqələrinin atəşə tutulmasından narahatdır və Ermənistanı bu əməllərdən çəkinməyə çağırır.
Pakistan Dağlıq Qarabağ bölgəsində cərəyan edən hadisələri diqqətlə izləyir. Gəncə, Tərtər və Bərdə şəhərləri daxil olmaqla Azərbaycan ərazilərindəki mülki yaşayış məntəqələrinin atəşə tutulmasından olduqca narahatdır.
Pakistan Azərbaycan hökumətinə və xalqına başsağlığı verir, Ermənistanı beynəlxalq humanitar hüququ pozaraq günahsız mülki insanlara hücum etməkdən çəkinməyə çağırır.
Qardaş Azərbaycan xalqının Vətəni qorumaq üçün apardığı qanuni mübarizəsində Pakistan dəstəyini bir daha təsdiqləyir.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.