10
Oktyabr

10 Oktyabr

Cəbhə xəbərləri

Atəşkəs rejimini pozan düşmənin zirehli texnikası məhv edilib

Atəşkəs rejimini pozan düşmənin zirehli texnikası bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. Həmin an Müdafiə Nazirliyi tərəfindən təqdim olunan videoda əks olunub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.