17
Oktyabr

17 Oktyabr

Sosial media

Cəbhə xəttində qəhrəman Azərbaycan Ordusunun qabağından qaçan Ermənistan bir daha namərdcəsinə və qorxaraq Gəncədə yaşayış yerlərinə raket zərbələri endirib.

Bu sözlər Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi “Tvitter” səhifəsində yer alıb.

“Qardaş Azərbaycan bu alçaqlığa cavabı cəbhədə verir”, - deyə qeyd olunub

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.