07
Oktyabr

7 Oktyabr

Cəbhə xəbərləri

Ermənistan ordusunun tankları öz artilleriya bölmələrinin atəşinə məruz qalıb

Məlum olduğu kimi, düşmənin 3 tankından ibarət tank kolonu gecə vaxtı Xankəndidən çıxaraq ön xəttə doğru irəliləyib. Lakin zirehli texnika kolonu ön xətt bölmələrinə çatmadan öz artilleriya bölmələrinin atəşinə məruz qalıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, alınan məlumatlara görə, “dəqiq” zərbə ilə bir tank ekipajla birlikdə tamamilə məhv edilib, qalanları isə sıradan çıxarılıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.