09
Noyabr

9 Noyabr

Sosial media

İşğaldan azad olunan Şuşadan ilk görüntülər

Noyabrın 9-da Qarabağımızın gözü sayılan, strateji cəhətdən mühüm bölgə olan Şuşa şəhərinin işğaldan azad olunmasından sonra ilk videogörüntüsü yayıldı. Müdafiə Nazirliyinin yaydığı görüntülər xalqımızda dərin fəxarət hissi oyatdı, hər kəs sosial media üzərindən 30 ilə yaxındır ki, gözlədiyi bu anı, bu videonu paylaşdı.

Şuşanın düşmən tapdağından azad edilməsindən sonra şəhərdə müzəffər əsgərimizin bayraq qaldıraraq Ali Baş Komandana məruzə etməsini əks etdirən görüntülər qısa zamanda sosial şəbəkələrdə trendə çevrildi.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.