11
October

11 Oktyabr

Diplomatik təmaslar

Şövkət Əziz Prezident İlham Əliyevə məktub ünvanlayıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Şövkət Əziz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Biz, ölkənizin dostları olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində baş verən ən son münaqişədən narahatıq. Günahsız insanların, xüsusi ilə də uşaqların ölümü qəbul edilməzdir. Beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin dərhal yerinə yetirilməsinin vacibliyini xatırlatmaqla Ermənistana daha fəal surətdə təsir etməlidir.

Biz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından BMT-nin Baş katibinə bəyanat göndərərək erməni təcavüzkarların Azərbaycan ərazilərindən dərhal çıxarılmasına və təcili atəşkəsə çağırış edirik. Biz, həmçinin həmsədrimiz Vayra Vike-Freyberqanın BMT-nin xüsusi nümayəndə təyin edərək Təhlükəsizlik Şurasına hesabat verməsi təklifini dəstəkləyirik.

Cənab Prezident, biz Sizin və Azərbaycan xalqının yanındayıq.

Səmimiyyətlə,

Şövkət Əziz,

2004-2007-ci illərdə Pakistanın Baş Naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü"

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.