31
Oktyabr

31 Oktyabr

Prezident Administrasiyası

Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa meşələrində qəsdən yanğın törədilir

Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa meşələrində qəsdən yanğın törədilir. Ermənistanın məqsədi ekoloji terror vasitəsilə Azərbaycan Silahlı Qüvvələrinin istifadə etdiyi pilotsuz uçuş vasitələrinin görüntüləri üçün maneələrin yaradılmasıdır.

Bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV-ə açıqlamasında bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın Şuşa meşələrində yanğının törədilməsi üçün qadağan olunmuş ağ fosfordan istifadə etməsi istisna deyil.

Azərbaycanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən Ermənistanın böyük həcmdə fosfor tərkibli yükü Xocavənd istiqamətinə gətirdiyi barədə məlumat vermişdi.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.