27
Sentyabr

27 Sentyabr

Sosial media

"Can Azərbaycanımızın yanındayıq!"

Bu ifadələri Türkiyə Respublikasının Gənclik və İdman naziri Mehmet Muharrem Kasapoğlu təcavüzkar Ermənistanın hərbi təxribatları nəticəsində yaranmış gərgin vəziyyətlə bağlı "Tvitter" hesabındakı paylaşımında bildirib.

Nazir paylaşımında “Ermənistanın Azərbaycan torpaqlarına qarşı hüquqazidd və təxribat xarakterli hücumlarını şiddətlə qınayır, həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Can Azərbaycanımızın yanındayıq!” – deyə ifadə edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.