Sosial media
"Bugünkü telefon danışığı zamanı bacarıq və qətiyyətinə bir daha şahid olduğum Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə də bildirdiyim kimi, Türkiyə “bir millət, iki dövlət” anlayışı ilə azərbaycanlı qardaşları ilə həmrəyliyini gücləndirməyi davam etdirəcək."
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Tvitter" hesabındakı paylaşımda qeyd edib.
Prezident Ərdoğan eyni zamanda, erməni xalqına müraciət edib:
"Erməni xalqını onları fəlakətə aparan hakimiyyətinə və onları oyuncaq kimi istifadə edənlərə qarşı gələcəklərinə sahib çıxmağa dəvət edirik. Bütün dünyanı işğala qarşı apardığı mübarizədə Azərbaycanın yanında olmağa çağırırıq."
Azərbaycana dəstəyini bir daha ifadə etdiyi növbəti paylaşımında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri qeyd edib:
"Azərbaycana qarşı yeni hücumlar edən Ermənistan bölgədə sülhün və sabitliyin qarşısında ən böyük təhlükə olduğunu bir daha göstərdi. Türk milləti hər zaman olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır."