
Yerli media
80 faizdən artıq Müstəqillik (AzVision)
Xoş gördük, İlin Xalqı! Böyük Gələcəyə doğru gedən böyük yolun yolçuları. Bəli, böyük yollar asanlıqla keçilmir, amma asan olacağını heç kim deməmişdi, biz də asan olmasını heç vaxt istəməmişdik; biz Böyük olmasını istəyirdik. Ona görə də, indi böyük yolla böyük hədəflərə doğru gedərkən heç kim gileylənmir, şikayətlənmir, hamının ancaq bircə arzusu var: Dayanmayaq!
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.