13
Oktyabr

13 Oktyabr

Yerli media

“İlham Əliyev vəziyyəti müdrikcəsinə nəzarətdə saxlayır” - Sabiq səfir (AzVision)

Təəssüf ki, dünyada ədalət yoxdur, ancaq maraqlar var. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn pozulmasının parlaq nümunəsidir. Bunu Azərbaycan rəhbəri bildiyi üçün vəziyyəti müdrikcəsinə nəzarət altında saxlayır.

Bunu Serbiyanın Azərbaycandakı sabiq səfiri Zoran Vayoviç deyib. Onun sözlərinə görə, mülki yaşayış məntəqələrinin atəşə tutulması qeyri-insani və qəbuledilməz addımdır.

“Hesab edirəm ki, Azərbaycan tərəfi təxribatlara müdrik və təmkinlə cavab verəcək. Münaqişə ilə bağlı sülh danışıqlarında işğal edilmiş Dağlıq Qarabağ və 7 rayonun Azərbaycana qaytarılmasını tələb etmək vacibdir. Hamıya məlumdur ki, hərbi əməliyyatlar Azərbaycan ərazisində gedib", - deyən sabiq diplomat vurğulayıb ki, erməni diasporunun propoqandası güclüdür, Azərbaycan tərəfi də təbliğatı gücləndirməlidir:

"Prezident İlham Əliyevin “Euronews” kanalına ingilis dilində verdiyi müsahibə yüksək vəziyyətdə idi və bu, Dağlıq Qarabağdakı vəziyyəti arqumentlərlə və faktlarla Avropaya, eləcə də dünyaya necə çatdırmağın lazım olduğuna parlaq bir nümunədir Ümid edirəm ki, işğal edilmiş torpaqlar sülh yolu ilə Azərbaycanın yuridiksiyasına qaytarılacaq”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.