05
Oktyabr

5 Oktyabr

Sosial media

Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və digər şəhərlərinin insanların sıx məskunlaşdığı ərazilərini raket atəşinə tutur.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Tvitter” hesabındakı paylaşımında bildirib.

"Prezidentin köməkçisi qeyd edib ki, bu, barbarlıqdır, vandalizmdir, Ermənistan siyasi-hərbi rəhbərliyinin zəifliyini və panikada olduğunu göstərir."

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.