Yerli media
Ermənistan hakimiyyəti Soros kimi beynəlxalq təşkilatların tövsiyə və təlimatlarına uyğun işləyir - Rusiyalı siyasi texnoloq (Trend)
Ermənistanın indiki hakimiyyəti Soros Fondu və bu kimi beynəlxalq strukturların tövsiyə və təlimatlarına uyğun işləyir.
Bunu rusiyalı siyasi texnoloq Dmitri Solonnikov deyib.
Onun sözlərinə görə, onların əsas strategiyası parlaq mənzərə yaratmaq, müxtəlif kommunikasiya kanalları ilə sürətli hücumlar etmək və informasiya təzyiqini təmin etməkdir:
“2018-ci ildə hakimiyyət dəyişikliyi dövründə də eyni proseslər təşkil olunmuşdu - Rusiyaya təzyiq göstərmək, KTMT-nin stabil siyasətinə qarşı informasiya təxribatları təşkil etməklə üzv ölkələri NATO üzvü olan Türkiyə ilə müharibəyə cəlb etmək”.
Ekspert bildirib ki, Yerevanın uzun müddət özünü cəzasız hiss etməsi və xarici diqtə ilə verilən qərarların məsuliyyətsizliyi onların hərbi təxribatlar təşkil etməsinə yol açdı:
“Hərbi əməliyyatlar üçün Ermənistanın öz qüvvəsi yoxdur. Bununla belə, iki illik hakimiyyət dövründə Paşinyan Rusiya ilə münasibətlərin gərginləşməsinə nail olub. Ona görə də təxribatlar silsiləsinə əl atmaq lazım gəldi. Amma Yerevanın Ermənistan ərazisinə atəş açmağa vadar etmək və ya döyüş əməliyyatlarında üçüncü ölkələrin iştirakını sübut etmək səyləri heç bir nəticə vermədi”.
Onun sözlərinə görə, Moskvada danışıqlar zamanı əldə olunmuş razılaşmalar həm bu vəziyyətə nüfuzunu göstərmiş Rusiya, həm də Azərbaycan diplomatiyasının qələbəsidir:
“Bu, döyüş nəticəsində deyil, danışıqlar nəticəsində sülhü bərqərar etmək üçün imkandır və Ermənistan üçün müharibəni uduzmamaq, sivil danışıqlar keçirmək şansıdır”.