16
Oktyabr

16 Oktyabr

Yerli media

Ermənistanın KTMT-yə bütün müraciətləri və çağırışları tutarsızdır - Rusiyalı politoloq (Trend)

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) bütün müraciətləri və çağırışları tutarsızdır və heç bir hüquqi əsası yoxdur.

Bunu rusiyalı politoloq Yuri Mavaşev deyib.

Onun sözlərinə görə, Qarabağın və ətraf rayonların əraziləri KTMT-nin fəaliyyət sahəsinə düşmədiyi üçün bu vəziyyətə fərqli kateqoriyada baxmaq lazımdır:

“Hesab edirəm ki, KTMT-dən hansısa kömək gözləmək ehtimalı azdır, çünki əks təqdirdə bu təşkilat qrumdan qəsr kimi dağılacaq. Bununla əlaqədar hesab edirəm ki, Rusiya Ermənistanın Azərbaycanla təkbətək qaldığını açıq-aşkar bildirib. Paşinyanın cəhd etdiyi bütün digər addımlar isə ona heç bir nəticə gətirməyəcək”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.