16
Oktyabr

16 Oktyabr

Yerli media

Milix Yevdayev: "Biz haqq yolundayıq, qalib gələcəyik" (Report)

“Azərbaycanın bugünkü gündə düşdüyü vəziyyət şər, ərşə çəkilən zülmdür. Bu, əsl Vətən Müharibəsidir”.

Bu fikirləri Bakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev deyib.

“Azərbaycan və xalqı bizimdir. Biz haqq yolundayıq, qalib gələcəyik. Allah təala bu yaxınlarda bizə qələbə gününü yaşatsın. Bizim uca bayrağımız Qarabağ göylərində dalğalansın. Yaşasın Azərbaycan Ordusu!”, - o bildirib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.