16
Oktyabr

16 Oktyabr

Yerli media

Oleq Kupçik: Azərbaycanın yaşayış məntəqələrinə raket zərbələri endirilməsi Ermənistan rəhbərliyinin siyasi acizliyinə dəlalət edir (Azərtac)

Azərbaycanın yaşayış məntəqələrinə raket zərbələri endirilməsi Ermənistan rəhbərliyinin siyasi və hərbi acizliyinə dəlalət edir. Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının uğurlu olması açıq-aşkar görünür.

Ukraynalı alim, tarix elmləri namizədi Olek Kupçik bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Azərbaycan hərbçiləri işğal altında olan əraziləri “addım-addım” azad edir. O.Kupçik deyib: “Ermənistanın Rusiyanı döyüş əməliyyatlarına cəlb etmək cəhdləri baş tutmadı. Azərbaycan qoşunlarının irəliləmə dinamikası belədir ki, Dağlıq Qarabağın özünün də azad ediləcəyi gün uzaqda deyil”.

Ukraynalı alimin fikrincə, indiki vəziyyətdə Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ regionunda azərbaycanlıların və ermənilərin dinc yanaşı yaşaması barədə çox müsbət siyasi mövqe nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağda yaşayan ermənilərə müraciətində inandırıcı şəkildə deyib: “Onlar bilsinlər ki, Azərbaycan xalqı onların düşməni deyil. Onlar bilsinlər ki, Azərbaycan xalqı onların düşməni deyil. Sadəcə olaraq, Azərbaycan xalqı öz dədə-baba torpaqlarında yaşamaq istəyir”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.