16
Oktyabr

16 Oktyabr

Yerli media

Ukraynalı hərbçi: 1992-ci ildə Xocalı faciəsini törədən Ermənistan bu gün də dinc sakinləri hədəfə alır (Azərtac)

1992-ci ildə Xocalı faciəsini törədən Ermənistan bu gün də, əsasən, dinc sakinləri hədəfə alır. Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərinin və digər rayonların raket hücumlarına məruz qalması ermənilərin çirkin niyyətlərindən xəbər verir. Beynəlxalq ictimaiyyət Ermənistanın bu təxribatlarını qəti şəkildə pisləməlidir.

Bu fikirləri ukraynalı hərbçi, ehtiyatda olan polkovnik-leytenant Aleksey Şvaryov söyləyib.

Ukraynalı hərbçi bildirib ki, Ermənistan silahlı qüvvələri birmənalı olaraq Azərbaycan ərazilərini tərk etməlidir.

“Azərbaycanın Silahlı Qüvvələri öz ərazi bütövlüyünü bərpa etmək üçün istənilən gücə malikdir. Azərbaycan Ordusunun bu məqsədlə uğurlu hərbi əməliyyatlar keçirməsi bunun daha bir əyani sübutudur”, - deyə Aleksey Şvaryov əlavə edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.