14
Oktyabr

14 Oktyabr

Yerli media

Füzulinin Alxanlı kəndində dinc sakinlər yenidən atəşə tutulub (Azərtac)

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər Füzulinin Alxanlı kəndində yenidən dağıntılara səbəb olub.

Döyüşlər zamanı ağır artilleriya zərbələrinə məruz qalan Alxanlı kəndinin dinc sakinləri yenidən düşmən tərəfindən atəşə tutulub. Evlərə və təsərrüfatlara ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.