17
Oktyabr

17 Oktyabr

Sosial media

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli “Tvitter”dəki hesabında etdiyi paylaşımda bildirib:

“Ermənistanın dinc əhalini hədəf alan amansız hücumları davam edir. Azərbaycanlı qardaşlarımıza qarşı törədilən bu hücumları şiddətlə qınayıram. Türkiyə hər zaman azərbaycanlı qardaşlarının yanındadır. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm”.

“Gəncədə günahsız insanları qətlə yetirən Ermənistan bölgədə sülhün və əmin-amanlığın qarşısında ən böyük təhlükə olduğunu bir daha göstərmiş oldu. Müharibə cinayəti işləyən Ermənistanın zülmü qarşısında dünya kor və kar olsa da, biz can Azərbaycanımızın hər zaman yanındayıq”.

Bu fikirləri Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum “Tvitter”dəki paylaşımında bildirib.

Terrorçuların ömrünün daim qısa olduğunu vurğulayan Türkiyənin Səhiyyə naziri Fahrettin Koca "Tvitter" hesabındakı paylaşımında qeyd edib:

“Birbaşa Azərbaycan xalqını hədəf alan, aralarında uşaqların da olduğu çox sayda insanın ölümünə və yaralanmasına səbəb olan raket hücumları həyata keçirən Ermənistanı və onun barbarlıq nümayiş etdirən ordusunu lənətləyirik”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.