17
Oktyabr

17 Oktyabr

Sosial media

"Mülki əhalini bombalamaq beynəlxalq humanitar hüquqa qarşı çıxmaqdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Ermənistanın Gəncə şəhərinə ballistik raket zərbəsi endirməsini və azərbaycanlı mülki əhaliyə hücumlarını qınamaqdadır."

Bu ifadələr Türk Şurasının rəsmi "Tvitter" səhifəsində yer alıb. Bildirilir ki, Ermənistan israrlı hücumlarını dayandırmalı, işğalçı qüvvələrini geri çəkməlidir.

Paylaşıma Gəncədə törədilən erməni terrorunun acı izlərini əks etdirən fotolar da əlavə olunub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.